Xədicə İsmayılovanın vəkili Bakı prokuroruna müraciət edib
Həbsdə olan jurnalist Xədicə İsmayılovanın vəkili Yalçın İmanov prokurorluğa müraciət edərək jurnalistin evinə gizli kamera yerləşdirilməklə şantaja məruz qalması ilə əlaqədar istintaq hərəkətlərinə dair məlumat verilməsini istəyib.
Çərşənbə axşamı göndərilən məktubda Y.İmanov xatırladıb ki, jurnalistin şantaj edilməsi və şəxsi həyatına müdaxilə faktı üzrə 15 mart 2012-ci ildə Baş Prokurorluq tərəfindən CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığı) maddəsilə cinayət işi başlanıb, istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna həvalə olunub.
İstintaq zamanı Xədicə İsmayılova zərərçəkmiş qismində tanınıb.
Amma cinayət işi üzrə icraat Xədicə İsmayılovanın özünə də, vəkilinə də məlum olmayan vaxtda dayandırılıb.
İndiyə qədər istintaqla bağlı hansı tədbirlərin görülməsi barədə jurnalistə, onun nümayəndəsinə heç bir məlumat verilməyib.
Vəkil cinayət işi üzrə istintaqın dayandırılması barədə qərarın surətini, həmçinin indiyə qədər görülən tədbirlər, aparılan istintaq hərəkətləri barədə ətraflı məlumat verilməsini xahiş edib.
4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları qəbul etmir və hökumətin korrupsiyası, özəlliklə, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılovanı "vicdan məhbusu" kimi tanıyıb.-06D-
-
- İqtisadiyyat
- 1 Mart 2016 18:36
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz