Dollarla olan əmanətlər illik 3%-ə qədər sığorta olunacaq
Əmanətlərin Sığorta Fondu martın 1-dən əhalinin banklarda qorunan dollarla olan əmanətlərinin faiz dərəcəsini illik 3%-ə qədər azaldıb. Manatla olan əmanətlər əvvəlki kimi illik 12%-ə qədər sığorta olunur.
Bir müddət əvvəl Azərbaycan Parlamenti sığorta olunan əmanət məbləğinin 30 min manatla məhdudlaşdırılmasını ləğv edib. Bundan sonra istənilən ölçüdə əmanət sığorta olunur.
Müşahidəçilərin fikrincə, dollarla olan əmanətlərin sığortasının illik 3%-ə qədər azaldılması əhalinin banklarda pulu milli valyuta ilə saxlamağa təşviq olunmasına yönəlib. -06D-
-
- Cəmiyyət
- 2 Mart 2016 00:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Rəy yaz