AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib
Bakıda rəsmi səfərdə olan AŞPA prezidenti Pedro Aqramunt bu gün 2 saylı cəzaçəkmə müəssisəsində Respublikaçı Alternativ hərəkatının həbsdə olan lideri İlqar Məmmədova baş çəkib.
Bu barədə Aqramunt öz Twitter mikrobloqunda yazıb və görüşdən fotoşəkil dərc edib: “Bu gün həbsdə olan İlqar Məmmədovla görüşdüm. Onun işini həll etmək üçün işi davam etdiririk”, deyə o yazıb.
* İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki siyasi xadim təqsirini inkar edir.
Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin may ayında İlqar Məmmədovun 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci (hüququn məhdudlaşdırılması hüdudları) maddələr üzrə hüquqlarının pozulduğunu etiraf edib.
Avropa Şurasının Nazirlər Komitəsi və digər beynəlxalq qurumlar onun azad edilməsində israr edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu və Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb və onları azad etməyə çağırıb. -16D06-
-
- Cəmiyyət
- 1 Mart 2016 18:00
-
- İqtisadiyyat
- 1 Mart 2016 18:36
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 294
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz