Ə.Məmmədli: Diffamasiyaya qarşı cəza tədbirləri faydasızdır
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının on-line şəffaflıq səviyyəsi 58% təşkil edir. Bu barədə hüquq sahəsində ekspert Ələsgər Məmmədli bu gün Avropa Şurasının Bakı ofisi və Azərbaycanın Rabitə Nazirliyi tərəfindən təşkil edilmiş “İnternet və insan hüquqları” mövzusunda konfransda çıxış edərkən bildirib.
Məmmədlinin sözlərinə görə, mərkəzi icra hakimiyyəti orqanlarının saytlarında dərc edilməli olan 100% məlumatın cəmi 58%-i veb-resurslarda yerləşdirilir.
Bu zaman əsasən informasiya-sorğu xarakterli məlumatlar dərc olunur. Büdcə xərcləri, tenderlər və dövlət alqıları ilə bağlı məlumatlar isə İnternetdə yerləşdirilmir.
Yerli icra hakimiyyəti orqanlarının şəffaflığı cəmi 14% təşkil edir. İnternet azadlığı sahəsində digər bir problem kimi Məmmədli dövlətin provayder qurumları bazarında oyunçu kimi iştirakını göstərib. Belə olan halda dövlət yalnız öz provayderləri üçün əlverişli şərait yaradır. Bunun nəticəsi olaraq yalnız dövlət provayderləri bütün ölkə ərazisində internet xidmətlərini tam əhatə etmək imkanına malikdir.
Məmmədli qeyd edib ki, dövlət yalnız tənzimləyici olmalı və bütün oyunçular üçün bərabər şərait yaratmalıdır. O, məmurların və hakimiyyətyönlü ekspertlərin İnternetdə hüquqazidd əməllərə görə cəzanı daha da sərtləşdirmək təkliflərini əsassız adlandırıb.
“Əlavə tədbirlərə ehtiyac yoxdur, belə ki, KİV-də pozuntulara və sui-istifadələrə görə məsuliyyət İnternetə də şamil edilib. İnternetdə təhqirə və böhtana qarşı yalnız cəza tədbirləri ilə mübarizə aparmaq qeyri-mümkündür. İctimai qınaq, qeyri-etik şərhlərdən istifadənin yolverilməzliyi, qaydaları pozanlara bu cür əməllərin yanlış olduğunun bildirilməsi mexanizmləri işə salınmalıdır. -06C-
Cəmiyyət
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 180
-
- Bazarların icmalı,
- 14:22
- 187
Rəy yaz