26 314 manat dəyərində səməni
Bakı/23.04.20/Turan: Azərbaycanın başına gələn koronavirus epidemiyası həyatımıza ciddi korrektələr etdi, o cümlədən ümumxalq bayramların kütləvi qeyd edilməsi ləğv edildi.
Bunlardan birincisi, dövlət strukturlarının hər il yüz minlərlə büdcə vəsaiti xərclədiyi Novruz bayramı oldu.
Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) açıq tender elan edərək yanvar ayının sonundan etibarən İçərişəhərin qala qapılarında festivala hazırlaşırdı.
Dövlət satınalmalarının vahid elektron reyestrinə əsasən, fevralin 28-də "Sintra-L" MMC martın 19-29-da keçiriləcək bayram tədbirlərinin təşkili üzrə tenderin qalibi elan edilib. Şirkət öz işini 218 min manata (128,2 min dollar) qiymətləndirib. Lakin sonra “İçərişəhər” DTMQİ “hökumətin operativ qərərgahının pandemiya dövründə kütləvi-mədəni tədbirlərin məhdudlaşdırılması ilə bağlı tövsiyyələrini nəzərə alaraq” ənənəvi Novruz tədbirinin ləğv edildiyini açıqladı.
Lakin məlum olub ki, “İçərişəhər” DTMQİ “Sintra-L” MMC-ə müəyyən məbləğ ödəyib. Qurumun tender komissiyasının 22 aprel tarixli növbəti məlumatında qeyd olunur ki, şirkətə səməni alınması və quraşdırılması üçün 26 314 min manat (15,4 min dollar) ödənilib. Tərəflər arasında müvafiq müqavilə martın 2-də - “Sintra-L” MMC qalib elan ediləndən sonra istirahət günlərində imzalanıb.
Bakıda Novruz şəhər İcra Hakimiyyətinin vəsaitləri hesabına keçirilir.
Dövlət satınalmaları reyestrinə əsasən, şəhər hakimiyyəti “Elcom” MMC-yə paytaxtın seçilmiş ərazilərinin bayram bəzəyi üçün 132 158 manat (77,7 min dollar) ödəyib.
Səməni (cücərmiş buğda) Novruzun ayrılmaz hissəsidir. Bu bayramda səməni masanın və evin bəzəyidir. 08B--
-
- Cəmiyyət
- 23 Aprel 2020 14:47
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasında iştirak edərək ölkənin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və yaşıl enerji keçidi təşəbbüslərini vurğulayıb.
-
Gürcüstanın Batumi şəhərində Azərbaycan dövlət neft şirkəti SOCAR-ın təxminən 200 işçisi maaşlarının artırılması tələbi ilə yanvarın 21-də tətil keçiriblər. Yerli Batumelebi nəşrinin məlumatına görə, tətilə müxtəlif bölmələrdən texniklər və işçilər qoşulub. Onlar uzun illərdir ki, iş həcmlərinə uyğun olmayan minimal maaş aldıqlarını bildiriblər.
-
21 yanvar tarixində Davosda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə Şurasının sədri Henrik Poulsen və şirkətin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Müzakirələr zamanı Carlsberg Group-un Azərbaycandakı fəaliyyətini genişləndirməsi və yerli istehsalın, həmçinin dayanıqlılığın inkişafına sadiqliyi vurğulanıb.
-
2024-cü ildə Azərbaycanın "Vahid Pəncərə" İxrac Dəstəyi Mərkəzi müəssisə və fiziki şəxslərdən 1,747 sorğu qəbul edərək 3,982 ixrac sertifikatının verilməsini təmin edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu səylər 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dəstəkləyib.
Rəy yaz