5000 manatdan artıq əmanətlərdən vergi tutulacaq
Dekabrın 29-da Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub. Dəyişikliklər fiziki şəxslərin əmanətlərinə görə gəlir vergisinin ləğvini nəzərdə tutur.
Deputatlar qarşısında qanun layihəsini vergilər nazirinin birinci müavini Natiq Əmirov təqdim edib. O, bildirib ki, ən mühüm dəyişiklik yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 5000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi ilə bağlıdır. Bundan az məğləqdən gəlir verigisi tutulmayacaq.
Bununla yanaşı vətəndaşlar 43 bankın hər birində hesab aça bilər. Əgər bu bankların hər birində əmanət 5 min manatdan artıq deyilsə, gəlir verigisi ödənilməyəcək, deyə Vergilər Nazirliyinin nümayəndəsi qeyd edib.
Fiziki şəxslərin əmanətlərinə görə gəlir vergisi 10% təşkil edir. Bu xətlə dövlət büdcəsinə təxminən 60 mln manatın daxil olacağı gözlənilir.
Dekabrın əvvəlinə Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri 7 mlrd manatdan artıq olub. 08D
-
- Söz istəyirəm
- 29 Dekabr 2014 16:56
-
- Cəmiyyət
- 29 Dekabr 2014 17:35
İqtisadiyyat
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
-
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ilin yanvar ayında 713,699 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir, şirkət çərşənbə axşamı bildirib.
-
Ötən həftə Azərbaycan mediası pərakəndə çörək qiymətlərinin artacağı barədə məlumat yayıb, bu artımı məhsulun çəkisinin artmasına bağlayıb. Növbəti gün rəsmi bildirişdə hökumətin ölkədə çörək qiymət artımını sanksiyalaşdırmaq niyyətində olmadığı təsdiqlənib. Lakin, bu əsas qida məhsulunun qiymətinin artmasının başqa bir səbəbi ilə təhdid qalır.
Rəy yaz