Jurnalist ədaləti Avropa Məhkəməsində axtaracaq
Bakı Apellyasiya Məhkəməsi hakim Camal Ramazanovun sədrliyi ilə “Amerikanın səsi” radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun şikayətini təmin etməyib.
Şikayət Yasamal rayon məhkəməsinin Yasamal rayon prokurorluğunun müstəntiqi Mübariz Əsədovun jurnalistin döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtina etməsindən verilmiş şikayətin təmin edilməməsi haqqında qərarından verilib.
Fərhadoğlu yerli məhkəmələrin qərarları ilə razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.
Bu gün jurnalistin müdafiəçisi Samirə Ağayeva apellyasiya şikayətinə baxılması prosesinə buraxılmayıb.
Bu, CPM-yə cinayət işləri üzrə proseslərdə zərərçəkmişləri yalnız vəkillərin müdafiə edə biləcəyi haqqında edilmiş dəyişikliklərlə əsaslandırılıb. Bundan sonra hüquqi nümayəndələr yalnız şahidləri müdafiə edə biləcək.
Beləliklə, Fərhadoğlu prosesdə müdafiəsiz qalıb.
Xatırladaq ki, 20 fevral 2014-cü ildə Fərhadoğlu tələbələrin etiraz aksiyasını çəkərkən BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov jurnalistin kürəyinə və başına yumruq və təpiklə vurub. Nəticədə jurnalist iş qabiliyyətini qismən itirib.
Videokadrda Höcətovun jurnalisti döydüyü əksini tapıb. Faktiki olaraq, bu, CM-in 163-cü maddəsində nəzərdə tutulmuş cinayətdir (jurnalistin qanuni fəaliyyətinə maneə yaradılması).
“Videodəlillər olmasına baxmayaraq, məhkəmə şikayəti təmin etməyib və mən Avropa Məhkəməsinə müraciət edəcəyəm”, deyə Tapdıq Fərhadoğlu bildirib.
Xatırladaq ki, jurnalist prezident İlham Əliyevə, baş prokurora, İnsan hüquqları üzrə İşçi Qrupa işinin obyektiv araşdırılması xahişi ilə müraciət edib. -04В-
-
- İqtisadiyyat
- 29 Dekabr 2014 17:08
-
- Siyasət
- 29 Dekabr 2014 18:03
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz