İlham Əliyev 87 məhkumu, o cümlədən 10 siyasi məhbusu əvf edib
Azərbaycan prezidenti İlham Əliyev bu gün 87 məhkumun əvf edilməsi haqqında sərəncam imzalayıb. Onların 79 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad edilir. Üç nəfər islah işlərindən, 5 nəfər cərimələrdən azad edilib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Turan-a verdiyi məlumata görə, əvf olunanlar siyahısında 10 siyasi məhbus, o cümlədən NİDA fəalları Üzeyir Məmmədli və Zaur Qurbanlı da var. Siyahıda həmçinin “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının, hüquqşünas Qurban Məmmədovun, “Nota” qəzetinin redaktoru Sərdar Əlibəylinin, İsmayıllı hadisələri ilə əlaqədar həbs edilmiş Elşən İsmayıllı (“Azadlıq radiosu”nun bölgə müxbiri Elçin İsmayıllının qardaşı) və Şükran Mehbalıyevin, üç “hicab məhbusunun” – Nahid Qəhrəmanov, Ceyhun Musayev və Muraday Quliyevin adı olduğu bildirilir.
Cəfərova əvfi “normal” adlandırıb. “Bu, İnsan hüquqları üzrə Birgə İşçi Qrupun işinin ilk nəticəsidir. Proses bununla başa çatmayacaq. Biz bütün siyasi məhbusların azad edilməsinə çalışacağıq”, deyə Cəfəroğlu bildirib.
“Siyasi məhbusların monitorinq mərkəzi” QHT-nin rəhbəri Elşən Həsənov Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, “təqsirsiz həbs edilmiş bir nəfərin belə azad edilməsi alqışalayiqdir”.
“Lakin təəssüf ki, bizdə bəzilərini azad edərkən digərlərini həbs edirlər. Əvf davam edən repressiyalar fonunda həyata keçirilir. Bu yaxınlarda “Azadlıq radiosu”nun əməkdaşı Xədicə İsmayılova həbs edilib, bu yaxınlarda isə radiostansiyanın Bakı ofisində axtarış aparılıb və ofis möhürlənib. Redaksiya əməkdaşları kütləvi qaydada saxlanılır və dindirilmək üçün prokurorluğa aparılır. Yüz siyasi məhbusdan onunun azad edilməsi total repressiyalar və əsas azadlıqların pozulması mənzərəsini dəyişdirmir”, deyə Həsənov bildirib. -06D-
-
- Cəmiyyət
- 29 Dekabr 2014 17:35
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz