Azərbaycan şirkəti TANAP tikintisinin podratçıları arasındadır
Transanadolu qaz kəməri (TANAP) konsorsiumu qaz kəmərinin tikintisi üzrə podratçıları müəyyən edib, deyə Türkiyənin DHA agentliyi bildirir.
Tenderin qalibləri "Fernas İnşaat" şirkəti, "Sicim-Yüksel-Akkord" və "Tekfen Holding" konsorsiumları olublar. Onlar qaz kəmərinin Gürcüstan sərhədindən Ərzuruma, Ərzurumdan Sivasa və Sivasdan Əskişəhərə qədər hissəsinin tikintisinə cəlb ediliblər.
TANAP layihəsi "Şahdəniz" qazının Türkiyə ərazisindən Avropa sərhədinə nəqlini nəzərdə tutur.
Kəmərin ilkin gücü 16 mlrd kubmetr olacaq. Bunun 6 mlrd kubmetri Türkiyəyə, qalanı Avropaya veriləcək. Boru kəməri sonradan 31 mlrd kubmetrə qədər genişləndirilə bilər.
Qaz Türkiyəyə 2018-ci ilin sonunda çatacaq. Kəmərin uzunluğu 1800 km, qiyməti $11,8 mlrd-dır.
TANAP-ın səhmdar tərkibi belə olacaq: ARDNŞ – 58%, Botas – 30% və BP – 12%.
Oktyabrın 14-də boru tədarükü üzrə 6 Türkiyə və 1 Çin şirkəti ilə saziş bağlanılıb.
Tenderin qalibləri "Mannesmann-Noksel-Erciyas", "Ümran-Emek", компания "Tosçelik Profil ve Sac Endüstrisi" və "Baosteel Europe" olub. Onların hamısı ƏDV-dən azad edilib.—12D--
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz