Azərbaycanda aksiz dərəcələri artırılır
Bu gün Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni ildən dövlət bir sıra istehlak mallarına daha yüksək aksiz dərəcəsi tətbiq edir, qızıl, platin, almaz və məmulatlarına aksiz tətbiq edir.
İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.
AMB və Neft Fondunun ehtiyatları üçün alınan qiymətli metallar və daşlaq istisna təşkil edir.
Alkoqollu içikilər üzrə aksizlər bir neçə dəfə artırılır. Məsələn, 1 litr pivənin aksizi 8-dən 20 qəpiyə, arağın aksizi 50 qəpikdən 2 manata artırılır.
1000 ədəd siqarın aksizi 10 manat, həmin sayda siqaretinki 4 manat olacaq.
İdxal edilən nəqliyyat vasitələrinə aksiz dərəcələri də artırılır. Avtonəqliyyat vasitəsi nə qədər baha, mühərrik həcmi çox olarsa, aksiz də yüksək olur. Məsələn, mühərrikin həcmi 2000 kub santimetrədək olduqda aksiz 15 yox, 20 qəpik olacaq. Mühərrikinin həcmi 3000 kub santimetrədək olan avtomobil idxal edəndə 400 manat (əvvəl 300 manat), eləcə də mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat tələb ediləcək. Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda aksiz dərəcəsi 13 900 manat, üstəgəl mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 10 manat təşkil edəcək. 08D
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz