![İki NİDA fəalı azadlığa çıxıb](https://turan.az/resized/media/2014/main/123000101583-750-500-resize.webp)
İki NİDA fəalı azadlığa çıxıb
NİDA fəalları Zaur Qurbanlı və Üzeyir Məmmədli dekabrın 30-da dövlət başçısının verdiyi əvf fərmanı çərçivəsində həbsdən azad edilib.
Azad edildikdən sonra onlar həbsdə qalan Rəşadət Axundovun babasının, habelə bir müddət əvvəl azad edilmiş digər NİDA fəalı Şahin Novruzlunun atası İbrahim Novruzlunun məzarını ziyarətə gediblər.
Hər iki valideyn övladlarının və nəvələrinin işi üzrə məhkəmə prosesi zamanı vəfat edib.
Zaur Qurbanlı və Üzeyir Məmmədli 2013-cü ilin yazında əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə həbs ediliblər və uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Onlar kütləvi iğtişaşların təşkilində, narkotik və partlayıcı maddə saxlamaqda təqsirli biliniblər.
Hazırda həbs edilmiş 8 NİDA fəalından dördü – Rəşad Həsənov, Məhəmməd Əzizov, Rəşadət Axundov və İlkin Rüstəmzadə həbsdə qalıb. -0-
-
- Analitika
- 30 Dekabr 2014 15:36
-
- İqtisadiyyat
- 30 Dekabr 2014 15:58
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz