Azərbaycanda hər dördüncü vətəndaş istehlak krediti götürür
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, yanvarın 1-i üçün Azərbaycanda 2 mln. 316 min 540 nəfər kredit götürən şəxs (borc alan) (+18,61% və ya il ərzində 363 544 nəfər) var.
Mərkəzi Bankın məlumatında deyilir ki, onların böyük hissəsi (2 mln. 285 min 226 nəfər) fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır, 10 min 775 hüquqi şəxsdir, 20 min 509-u sahibkarlıq subyektidir. Artım tempinə görə istehlak kreditləri “rəqiblər”i qabaqlayır – maliyyə tsiklinin sonu üçün kredit götürənlərin siyahısına 359 min 29 fiziki şəxs əlavə edilib. Hesabat dövründə kredit götürən hüquqi şəxslərin sayı 673, sahibkarlıq subyektinin sayı 3 812 nəfər təşkil edib.
AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.--17D—
-
- Siyasət
- 7 Fevral 2015 13:30
-
- İqtisadiyyat Göstəriciləri
- 7 Fevral 2015 17:38
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz