Minsk Qrupunun həmsədrləri Bakı və Yerevanı yenidən dialoqa çağırıblar
ATƏT0-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini dialoqu yeniləməyə çağırıblar. Bu barədə fevralın 5-də Münhendə həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ğörüşdən sonra bildiriblər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan və Azərbaycan sərhədində, eləcə də təmas xətti boyunca insidentlərin sayının artdığını həyəcanla qeyd ediblər.
Onlar Ermənistan XİN rəhbəri ilə həm də belə hadisələrin ehtimalının azaldılması üçün təklif olunan tədbirləri müzakirə ediblər. “Xüsusilə, tərəflər noyabrın 12-də vurulan helikopter hadisəsinin təkrarlanmasının qarşısının alınması üçün tədbirlər görməlidirlər”, - bəyanatda bildirilib.
Həmsədrlər bildiriblər ki, zorakılıq və tərəflər arasında gərginlik davamlı həllə nail olmaq üçün əhatəli danışıqlara başlamağın vacibliyini tələb edir. “Biz naziri daha çox çeviklik göstərməyə çağırdıq ki, bu cür danışıqlar başlaya bilsin”, - həmsədrlər vurğulayıblar.
Vasitəçilər həmçinin tərəflərin itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılaşmalarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər. “Bundan başqa biz prezidentlər arasında dialoqun mümkün qədər tez bərpa olunmasına çağırdıq”, - bəyanatda qeyd olunub. —06D-
-
- Siyasət
- 7 Fevral 2015 13:20
-
- İqtisadiyyat
- 7 Fevral 2015 17:03
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz