Bakı metropoliteninin aktivləri 2 mlrd. manatı ötür

2014-cü ildə “Bakı metropoliteni” QSC-nin gəlirləri 80,4 mln. manat təşkil edib ki, bu da əvvəlki ildə olduğundan təxminən 9% çoxdur. İl ərzində dövlət büdcəsindən subsidiya (36 mln. manatdan çox) 17,2% artıb.

İyulun 10-da metropoliten tam maliyyə hesabatını mətbuata açıqlayıb. Hesabata görə, hətta subsidiya nəzərə alınmaqla ötən il maliyyə itkisi 27,5 mln. manat təşkil edib ki, bu da 2013-cü ildə olduğundan  3,7 mln. manat azdır.

Ötən il metropolitenin məxaric materiallarının alınması xərcləri  (11,4 mln.manat) 14% azalıb. Eyni zamanda enerji xərcləri (7,5 mln. manat) 8,4% artıb. Əməkhaqlarının ödənilməsinə və sosial ayırmalara (42,8 mln. manat) 2013-cü ildə olduğundan 4,9% çox vəsait xərclənib.

2014-cü ildə Bakı metropoliteninin inkişafına 388,2 mln. manat həcmində investsisiya qoyulub ki, bu da 2013-cü ildə olduğundan 6,5% azdır.

Qeyd edək ki, böyük kapital qoyuluşlarına baxmayaraq, 2011-ci ildən Bakıda yeni stansiya istismara verilməyib. İki yeni stansiyanın (“Avtovağzal” və “Əcəmi-2”) 2013-cü ilin dekabrında istismara verilməsi planlaşdırılmışdı. Bu yaxınlarda bildirilib ki, “maliyyə problemləri səbəbindən” stansiyalar bu il də istismara verilməyəcək.

Bu ilin əvvəli üçün “Bakı metropoliteni” QAC-nin bölünməmiş zərəri 283,5 mln. manata çatıb.

Qeyd edək ki, 2014-cü ildə metropolitenin debitor borcları 10 dəfə artaraq 60,3 mln. manatı ötüb.

2014-cü ildə dövlət “Bakı metropolietni” QSC-yə 231,6 mln. manat kapital qoyaraq 2 mlrd. manata çatdırıb. 08D

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti