Bugündən gömrük bəyannamələri elektron qaydada veriləcək
4 may 2016-cı il tarixdən etibarən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək. Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, bəyannamələri kağızla deyil, internet üzərindən təqdim olunması gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədi daşıyır.
Bununla belə sahibkarlar xəbərdar edilib ki, sənədlərin və gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyacaqlar.
Elektron bəyannamə sistemi belə işləyir: bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilir. Gömrük orqanları onun qəbul edilməsini təsdiq edir. Bundan sonra həmin bəyannamə hüquqi əhəmiyyətə malik sənəd sayılır. İkinci dəfə həmin bəyannamədə hər hansı bir məlumatın dəyişdirilməsinə yol verilmir.
Buna görə də DGK xarici ticarət əməliyyatları ilə məşğul olan sahibkarların nəzərinə çatrırb ki, təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunacaq. İşdir, gömrük işi sahəsində hər hansı hüquqpozma faktı müəyyən edilərsə, xüsusi araşdırma aparılacaq. --08D--
-
- İqtisadiyyat
- 4 May 2016 22:21
-
- İqtisadiyyat
- 4 May 2016 22:31
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz