«Azimport» şirkəti çətinliyə baxmayaraq borcları qaytarır
Dövlət Bayrağı Meydanının direktoru Rəşad Məmmədovun həbsindən sonra ictimaiyyət tərəfindən daha çox tanınan “Azimport” MMC əvvəlki şöhrətini və təmiz reputasiyasını bərpa etmək niyyətindədir. Daxili imkanlar hesabına əmək haqqı və alınan mallara görə borclarının ödənilməsi bunu sübut edir, - deyə şirkətdə Turan-a bildiriblər.
“Azimport” MMC-nin KİV üzrə mütəxəssisi Xanlar Məmmədov qeyd edib ki, borc SOCAR-ın 778 400 manatı vaxtında ödəməməsi nəticəsində yaranıb. SOCAR Bakıda bir sıra binalarda təmir işlərini “Azimport” MMC-yə həvalə edib, amma ödənişi gecikdirir.
«Şirkət öz vəsaitləri hesabına və bank kreditləri götürmək yolu ilə, eləcə də qarşılıqlı hesablaşma ilə (mənzillə əvəz etmə) borcların çoxunu ödəyib. Bunun 578 222 manatı alınan materiallar üzrə borcdur», deyə Məmmədov bildirib.
Həmin məbləğin yalnız 125 837 manatı əmək haqqı borcudur. Hazırda ödənilməmiş əmək haqqı borcunun məbləği 57 107 manatdır.
Xatırladaq ki, “Azimport” MMC Bakıda onlarla təmir-tikinti işinin icracısıdır. Onlardan 40-nın açılışında prezident İlham Əliyev iştirak edib.
Şirkətin «qara günləri» təsisçisi Azər Əsgərovun adı Dövlət Bayrağı Meydanının direktoru Rəşad Məmmədovun adı ilə hallanandan sonra başlayıb. KİV iddia edirdi ki, nə Əsgərov, nə də Məmmədov onun real sahibi deyil. Bu, “Azimport” MMC-nin təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib.
“Azimport” MMC 10 çoxmərtəbəli (19 mərtəbə) binadan ibarət “Panorama Park” mənzil kompleksi tikintisi layihəsinin sifarişçisidir. 08B
-
- İqtisadiyyat
- 4 May 2016 22:27
İqtisadiyyat
-
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları, Xətai Park Servis idarəetmə şirkətinə qarşı məhkəmədə sakinlərin maraqlarını təmsil etmək üçün Gəncə prospekti, 58b ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən seçilmiş Saday Sarkarovu saxlayıb.
-
Qazaxıstanın büdcə aviaşirkəti FlyArystan yay mövsümündən əvvəl Bakı-Astana-Bakı marşrutu üzrə aviabilet satışına başlayıb, şirkətin mətbuat xidməti bazar ertəsi bildirib.
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
Rəy yaz