Milli Sağlamlıq Mərkəzi. Açıq mənbələrdən foto
Hökumət Bakıdakı ən böyük tibb obyektini idarəetməyə verməyi planlaşdırır
Bakı/22.10.18/Turan: Əmlak Məsələləri Dövlət Komitəsi "Milli Sağlamlıq Mərkəzi"ni (MSM) özəl idarəetməyə verməyi planlaşdırır. 2011-ci ildən tikilən Bakıdakı ən iri tibb müəssisəsi hələlik istismara verilməyib.
MSM Bakıda Heydər Əliyev prospektində yerləşir və 4,2 hektar ərazini tutur. Mərkəz Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibbi Xidmətinə tabedir. MSM-in tikintisinə və texniki təchizatına dövlət investisiyasının həcmi barədə məlumat verilmir.
ƏMDK bildirir ki, MSM-in əsas binası artıq tikilib. 18 mərtəbəli xəstəxanada 542 xəstəxana çarpayısı, o cümlədən reanimasiya şöbəsində 71 yataq var. Mərkəzdə bir ildə 50 min xəstə, o cümlədən 15 minə qədər stasionar xəstə müalicə oluna biləcək. MSM-də poliklinika, diaqnostika xidməti, qan bankı, cərrahiyyə şöbəsi, təcili yardım və s var.
Əvvəllər ƏMDK Bakıda iki yeraltı avtomobil qarajını idarəetməyə vermək planını açıqlamışdı, amma hələlik onun həyata keçirilməsinə başlanmayıb. 08B--
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz