Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib
Bakı/22.10.18/Turan: Oktyabrın 20-də Bakıda Education USA, ABŞ səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə "Amerika universitetlərinin təhsil sərgisi" keçirilib.
Sərgini ziyarət edənlərə doqquz ABŞ universitetinin nümayəndəsi, mübadilə proqramlarının məzunları universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında məlumat verib.
Sərgidə iştirak edən ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Villiam Gill bildirib ki, Amerikada təhsil almaqda maraqlı olan çoxsaylı gənc sərgidə iştirak edib. Cənab Gilin sözlərinə görə, ABŞ-da 4500-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir və hazırda ABŞ-da yüzlərlə azərbaycanlı tələbə təhsil alır.
"ABŞ Azərbaycanın gələcək nəsil tədqiqatçılarının, təhsil və digər sahələrdə mütəxəssislərinin yetişməsinə kömək göstərmək məqsədilə yüksək səviyyədə keyfiyyətli təhsil təklif edir. Biz çox məmnunuq ki, ABŞ Dövlət Departamentinin dəstəyi ilə Amerikada təhsil təşəbbüsü fəaliyyəti çərçivəsində bugünkü sərgidə 9 ali məktəbin nümayəndəsi iştirak edir. Bu fürsət iştirakçılara onları maraqlandıran suallara cavab almaq, eyni zamanda, ABŞ-da təhsil barədə ətraflı məlumat əldə etmək imkanı verir. Sərginin təşkilatçılarından olan "Education USA" Azərbaycanda ilboyu Amerikada təhsil almaq istəyənlərə bu ölkənin ali məktəbləri, müxtəlif təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək tələbələrin bu ölkədə ali təhsil almasına yardım edir", - o qeyd edib.
"Education USA" ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək tələbələrin ABŞ-da ali təhsil almalarına yardım edir. "Education USA" ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və bu il yanvar ayından Azərbaycanda 1500-dən çox vətəndaşa xidmət göstərib.-16D-
-
- Mədəniyyət
- 22 Oktyabr 2018 15:37
-
- İqtisadiyyat
- 22 Oktyabr 2018 16:10
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz