�Nar bağı� filminin növbəti beynəlxalq mükafatı
Bakı/22.10.18/Turan: Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən builki 8-ci festivalda Azərbaycan İlqar Nəcəfin "Nar bağı" filmi ilə təmsil olunub.
"Derviş " Film İstehsalçıları Mərkəzinin məlumatına görə, iranlı rejissor Möhsen Məxməlbafın əsasını qoyduğu "Didor" Beynəlxalq Film Festivalı regionun nüfuzlu festivallarındandır.
Okyabrın 21-də festivalın yekunları elan edilib. "Nar bağı" "Ən yaxşı bədii film" nominasiyasında Qran pri-nin qalibi olub. Filmi festivalda təmsil edən ssenari həmmüəllifi Asif Rüstəmov filmin tamaşaçılar və mütəxəssislər tərəfindən böyük maraqla qarşılandığını bildirib.
"Nar bağı" filmi ilk dəfə Azərbaycandan Avropa Kino Akademiyasının nüfuzlu "Felix" mükafatına da namizədlər sırasındadır.
Bundan başqa kinorejissor İlqar Nəcəf filmi Hanoya Beynəlxalq Film Festivalında ( Vyetnam Respublikası) təmsil etmək üçün hazırlaşır.
Film buna qədər Malatya Beynəlxalq Film Festivalı, Listopad Beynəlxalq Film Festivalı, Avroasiya Beynəlxalq Film Festivalının mükafatlarıın qalibi olub. Filmin dünya premyerası Karlovı Varı Beynəlxalq Film Festivalında olub.
Filmin ssenari həmmüəllifləri İlqar Nəcəf, Asif Rütəmov, Roelof Minnebodur. Quruluşçu operator Ayhan Salar, bəstəkar Firudin Allahverdi, quruluşçu rəssam Rafiq Nəsirov, prodüserlər Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Film Mədəniyyət Nazirliyinin sifarişilə "Azərbaycanfilm" və "Butafilm" kino şirkətlərində birgə istehsal edilib.
Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri ifa ediblər.-16D-
-
- Söz istəyirəm
- 22 Oktyabr 2018 15:35
-
- Cəmiyyət
- 22 Oktyabr 2018 15:52
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz