Kiçik və orta sahibkarlıq haqda qanunun universal şəkildə yerinə yetirilməsi lazımdır
Kiçik və orta sahibkarlığın azadlığının təmin edilməsi üçün Azərbaycanda qanunvericiliyin ruhu və yerinə yetirilməsi Avropa standartlarına uyğun olmalıdır. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov «Qeyri-neft sektorunun nisbi üstünlüyünün və modelləşdirilməsinin qiymətləndirilməsi» adlı beynəlxalq konfransda çıxışında bildirib ki, bu seqment zəif və ziddiyyətli inkişaf edir.
Belə ki, ölkədə «orta və mikro biznes» anlayışı yoxdur. Hətta Nazirlər Kabinetinin qərarlarının arxivində təsnifat istisnasız olaraq kiçik sahibkarlığa aiddir – pərakəndə ticarət və aqrar sektorda dövriyyəsi 250 min, tikintidə 500 min, topdan ticarətdə 1 mln manata qədər olanlar belə adlanır.
Avropada bölgü başqa cürdür –250 nəfərə qədər heyəti, 50 mln dövriyyəsi olan orta biznes, 50 nəfər və 10 mln dövriyyəsi olanlar kiçik biznes, 10 nəfər 2 mln-dək avro “fırlayanda” mikro biznes adlanır. 1 yanvar 2012-ci il üçün ölkədə 224 min 830 sahibkarlıq subyekti qeydiyyatdadır. Bunun 210 min 643-ü özəl müəssisədir. Muzdlu işçi sayı 94 min nəfərdir. Yəni əməkdaşların sayı gizlədilir, nəticədə DSMF-yə icbari ayırmalar hesablanmır.
Bundan başqa, özəl müəssisələrin 69,6%-i ticarət, 10,1%-i nəqliyyat xidməti, 3,5% mehmanxana biznesi ilə məşğuldur.
Bağırovun sözlərinə görə, 8 iqtisadi rayonda 1 min biznesmen arasında sorğu aparılıb. Onlara 12 kateqoriya üzrə 47 sual verilib. Məqsəd kiçik biznesə əngəlləri müəyyən etmək olub. Mütəxəssisləri sahibkarların qanunvericiliyi bilməsi, onların vergi və gömrüyə münasibəti, sahənin inkişafı üzrə rəyləri maraqlandırıb.
İlkin nəticələr belədir: vergi inspeksiyası ilə yanaşı biznesmenlərə daha çox DİN təmsilçiləri, daha az MTN və icra hakimiyyətləri baş çəkir. Lisenziya və xüsusi razılığın alınması çoxlu vaxt aparır.
Doing Business-in məlumatına görə, Azərbaycan sahibkarlığın azadlığına görə 2013-cü ildə 185 ölkə arasında 67-ci olub. Sənədə əsasən, daha çox irəliləyiş daşınmaz əmlakın qeydiyyatındadır – 9-cu yer. Ən pis vəziyyət (177-ci yer) tikinti üçün icazədir. Biznesmenlər 9 ay 28 icazə və razılaşma prosedurundan keçməlidir. Enerji sisteminə qoşulmaq da çətindir – dünyada 175-ci yer. Xarici ticarətlə bağlı da vəziyyət yaxşı deyil (169-cu yer).
Kiçik sahibkarlar vergilərin azaldılmasını, elektron xidmətin yaxşılaşdırılmasını, qanunvericilik maarifləndirilməsini istəyir. Gömrük prosedurları da sadələşdirolməli, həcmi azaldılmalıdır, - deyə rəyi soruşulanlar bildirir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 188
-
- Bazarların icmalı,
- 14:22
- 196
Rəy yaz