Mingəçevir Sənaye Parkı yaradılır
Fevralın 26-da dövlət başçısı İlham Əliyev Mingəçevir Sənaye Parkının (MSP) yaradılması barədə sərəncam imzalayıb. Bundan öncə 2011-2012-ci illərdə Azərbaycanda Balaxanı SP, Sumqayıt Kimya- Sənaye Parkı (SKSP) və Pirallahı Yüksək Texnologiyalar Parkı yaradılıb ki bunlar hələ təşkil olunma və formalaşma mərhələsindədir.
Sənədə görə, yeni sənaye parkı 1960-cı ildən fəaliyyət göstərən “Mingəcevir-Toxucu” ASC-nin 14,8 ha ərazisində təşkil ediləcək və SKSP MMC tərəfindən idarə olunacaq. Başqa sözlə desək, hüquqi şəxs olmayacaq.
Prezident hökumətə tapşırıb ki, bu SC iki ay müddətində ləğv edilsin.
Qeyd edək ki, nizamnamə kapitalı 1 mln. 375 min manat olan bu SC-nin səhmlərinin 99,31%-i dövlətə məxsusdur. Qalan 0,69% səhm fabrikin əmək kollektivi tərəfindən alınıb. 2009-cu ildə məlumat verilmişdi ki müəssisədə 800 nəfər çalışır.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Mingəçevir SP-nin fəaliyyətinin təşkilinə, mövcud tikililərin söküntüsünə və s. ilkin olaraq 2 mln. manat ayrılıb. 08D
-
- İqtisadiyyat
- 27 Fevral 2015 19:09
-
- İqtisadiyyat
- 28 Fevral 2015 09:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Rəy yaz