Müstəqil ekspertlər Mərkəzi Banka və Nazirlər Kabinetinə manatın devalvasiyası ilə bağlı tövsiyələr göndəriblər
İqtisadiyyat sahəsində aparıcı ekspertlər Azərbaycan Mərkəzi Bankının 21 fevral tarixli manatın devalvasiyası haqqında qərarını yanlış və uzağa gedən, neqativ nəticələri olan qərar kimi qiymətləndirirlər. Bu barədə fevralın 27-də Beynəlxalq Mətbuat Mərkəzində Demokratiya və Rifah Hərəkatının “Manatın devalvasiyasını Azərbaycan iqtisadiyyatına təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndirilməsi” mövzusunda keçirdiyi konfransın qətnaməsində deyilir.
Ekspertlər qeyd edirlər ki, Mərkəzi Bankın qərarı kifayət qədər əsaslandırılmayıb. O, Azərbaycan iqtisadiyyatına investisiya üçün riskləri artıracaq, ölkənin beynəlxalq reytinqlərdəki vəziyyətini pisləşdirəcək, iqtisadi böhran riskinin artırır.
Konfrans iştirakçıları devalvasiyadan irəli gələn çətinliklərin biznes cəmiyyətinin və vətəndaşların çiyinlərinə qoyulmasını, habelə dövlət qurumunun inzibati qərarından irəli gələn itkiləri ödəməkdən imtinanı yolverilməz hesab edirlər.
Qətnamədə qeyd edilir ki, milli iqtisadiyyat bazar mexanizmləri ilə deyil, iradi inzibati qərarlarla idarə olunur ki, bu da böhran dövründə əlavə risklər yaradır.
Konfrans iştirakçıları hakimiyyətə belə qərarları qəbul edərkən müstəqil ekspertlərin iştirakı ilə və onların rəyi nəzərə alınmaqla məsləhətləşmələr aparmağı tövsiyə edib.
Qətnamədə Mərkəzi Bank və Nazirlər Kabineti üçün 9 konkret tövsiyə yer alır.
Mərkəzi Banka:
1. 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanata yenidən baxıb korreksiyalar aparmağı;
2. Valyuta əməliyyatlarının tənzimlənməsi ilə bağlı normativ sənədlərə yeidən baxaraq onları təkmilləşdirməklə hazırkı şəraitdə banklar və valyutadəyişmə məntəqələri tərəfindən spekulyasıyaların qarşısını almağı;
3. Depozitlərinvə kreditlərin faiz dərəcələrinin tənzimlənməsi, onların orta göstəriciləri arasında fərqin azadılması üçün mövcud pul-kredit alətlərindən daha çevik istifadə etməyi;
4. Nağdsız hesablaşmaların infrasturkturunu genişləndirməklə, eləcə də onu stimullaşdırmaqla gizli pul dövriyyəsinin, iqtisadiyyata dollarlaşma səviyyəsinin azaldılmasını;
5. Yaranmış vəziyyətlə bağlı izahat işlərini genişləndirməyi;
Nazirlər Kabinetinə:
1. Aztəminatlı əhalinin normal yaşayışını təmin etmək üçün pensiyaların və maaşların indeksləşdirilərək artırılmasını, sosial müdafiə və sosial təminat proqramlarının genişləndirməsini, ünvanlı sosial yardım paketinin artırılmasını;
2. İnvestisiya fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılmasını, anti-inhisarçılıq siyasətinin gücləndirilməsini, azad sahibkarların işinə dövlət orqanlarının yersiz müdaxilələrinin qarşısının alınmasını;
3. İzafi mənfəət əldə edilməsi məqsədilə təsərrüfat subyektləri tərəfindən süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsini;
4. İqtisadçı mütəxəssislərdən ibarət daimi əsaslarla fəaliyyət göstərən Ekspert Şurasının yaradılmasını.
Müzakirə iştirakçıları həmçinin istehlakçıları və iş adamlarını hazırki şəraitdə ehtiyatlı davranmağa və iqtisadçıların və hüquqşünasların tövsiyələrinə uyğun olaraq əsaslandırılmış səmərəli qərarlar qəbul etməyə çağırıblar. -0-
-
- Video
- 27 Fevral 2015 17:52
-
- İqtisadiyyat
- 27 Fevral 2015 19:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 190
-
- Bazarların icmalı,
- 14:22
- 196
Rəy yaz