Neftin qiyməti düşməkdə davam edir
Neftin qiyməti mənfi dinamikanı davam etdirir. Şimal dənizinin Brent nefti 10:45-da $57,07-a düşüb. Bunu London birjasının məlumatları da göstərir.
Bu, 11 may 2009-cu ilin minimumundan aşağıdır. WTI markalı neftin qiyməti 52,78 dollardır.
Bu il iyunun ortalarından neft 50% ucuzlaşıb.
İnvestorlar OPEK-in hasilatı azalmaması ilə bağlı narahatdır.
«Bazarda neftin çoxluğu qısa müddətə həll ediləsi problem deyil. OPEK üzvlərinin hasilatı azaltmaması neftin qiymətinə təzyiq edir», - deyə Samsung Futures Inc analitiki Xon Sun Ki bildirib.
Çərşənbə günü ABŞ-ın Energeryika Nazirliyi bu ölkənin kommersiya neft ehtiyatları barədə statistikanı açıqlayacaq. Bu da neftin qiymətinə təsir edir. Reuters-in rəyini soruşduğu analitiklər həftə ərzində ehtiyatların 867 min barrel azalacağını düşünür. 19 dekabrda başa çatan həftədə neft ehtiyatları 7,3 mln barrel artaraq 387,2 mln barrel olub.
Bu yaxınlarda Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami bəyan edib ki, neftin barreli 20 dollara düşsə belə OPEK hasilatı azaltmayacaq.
Qiymətin düşməsinin əsas səbəbi təklifin tələbdən çox olmasıdır. OPEK-in dekabr məruzəsinə görə, 2015-ci ildə neftə tələbat son 12 ildə minimal olacaq.—12D--
İqtisadiyyat
-
2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TITR) vasitəsilə daşınan yüklərin həcmi 62% artaraq 4,5 milyon tona çatıb, Qazaxıstanın Baş naziri Oljas Bektənov çərşənbə günü Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə bildirib. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
-
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının iclası bazar ertəsi günü İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirildi. İclasda agentliyin 2024-cü il üzrə fəaliyyətinin icmalı təqdim olunub və 2025-ci il üçün əsas prioritetlər müəyyən edilib.
-
2025-ci ilin yanvar ayında Bakı şəhərində "Turan" agentliyi tərəfindən tərtib edilmiş, 30 əsas yerli ərzaq məhsulunu əhatə edən istehlak səbətinin (İS) orta qiyməti 0,3% artdı.
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
Rəy yaz