Yanvarda ölkə ərazisində havanın soyuq olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentininin məlumatına görə, yanvarın ilk günləri soyuq və yağıntılı olacaq. Ayın birinci yarısında temperatur iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək, ikinci ongünlüyün sonunda və üçüncü ongünlük soyuq keçəcək, temperatur iqlim normasından aşağı olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə iqlim normasından bir qədər çox olacaq.
Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 3-5 dərəcə isti (gecələr 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacaq. Bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.-03D-
-
- İqtisadiyyat
- 30 Dekabr 2014 12:32
-
- İqtisadiyyat
- 30 Dekabr 2014 13:22
Cəmiyyət
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
Rəy yaz