Qaburiç Azercell Telecom-dan getdi
“Azercell Telekom”un prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddəti başa çatdığına görə şirkəti tərk edəcəyini açıqlayıb. Eyni zamanda o, “Azercell”in daxil olduğu TeliaSonera Qrupundan kənarda digər karyera imkanlarını nəzərdən keçirməyi qərara aldığını söyləyib. O, 14 ilə yaxın bir zaman ərzində Qrup daxilində çalışmış, Azercell-ə qoşulmazdan əvvəl Moldcell şirkətinin prezidenti kimi fəaliyyət göstərmişdir.
TeliaSonera şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg ona il ərzində sərf etdiyi bağlılıq, zaman və səylərinə görə təşəkkürümü bildirib.
“Azercell Telekom”un təsisçisi şirkətə yeni prezident təyin edənə qədər şirkətin prezidenti vəzifəsini Vahid Mürsəliyev icra edəcək. O, yeni vəzifəsinin icrasına 2015-ci il yanvarın 5-dən başlayacaq.
«Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi ilə təbrik edirəm. Sadiq idarəetmə komandası ilə birgə ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram”, deyə Erik Hallberg əlavə edib.
Vahid Mürsəliyev 2005-ci ildə Azercell-ə qoşulub. O zamandan Vahid Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, müxtəlif rəhbər vəzifələri icra edib.
2000-2001-ci illərdə Vahid Mürsəliyev ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini əldə edib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
Teliasonera Kiril Qaburiçdən sonra Azercell-in prezidenti vəzifəsini icra edəcək namizədin axtarışını həyata keçirməyə başlayır. --17D—
İqtisadiyyat
-
Elon Musk, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Muskın planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz