
Açiq məmbələrdən foto.
Məmməd Əmin Rəsulzadənin azərbaycançılıq ideologiyasının formalaşmasında rolu haqda yeni kitab
Bakı/12.05.20/Turan: “Jeko Print” nəşriyyatı tarixçi Aydın Balayevin “Məmməd Əmin Rəsulzadə və XX əsrin başlanğıcında Azərbaycan millət-dövlətinin yaranması” kitabını nəşr edib. Kitabda müəllifin 2015-ci ildə Londonda çıxan “Caucasus Survey” dərgisində dərc edilmiş məqalə (2015-ci il, № 2) Azərbaycan, rus və ingilis dillərində təqdim edilib.
Əsər M.Ə. Rəsulzadənin XX əsrin başlanğıcında Azərbaycan milli dövlətçiliyinin yaranmasındakı roluna həsr edilib.
Kitabda intellektual elitanın formalaşdırdığı milli ideologiya olmadan millətin təşəkkülünün mümkünsüz olması ideyası irəli sürülür. Milli maraqlar konsepsiyası məhz bu məhdud çevrədə müzakirə olunaraq ortaya çıxır, daha sonra isə geniş kütlələrə ötürülür. Bu konteksdə milli maraqların ifadə forması olan millətçilik faktiki olaraq “millət quruculuğu” layihəsidir.
Bu mənada M. Ə. Rəsulzadə Azərbaycanda gedən millətləşmə proseslərində həlledici rol oynayıb. Kitabda M.Ə. Rəsulzadənin məhz bu istiqamətdəki fəaliyyətindən bəhs edilir.-02D-
Rəy yaz