Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə görüşündə qarşıdakı islahatlardan danışıb
Bakı/01.03.19/Turan: Martın 1-də Heydər Əliyev Mərkəzində dövlət başçısı İlham Əliyev bir qrup mədəniyyət xadimi ilə görüşüb.
Toplaşanlar qarşısında çıxış edən İ.Əliyev "Azərbaycan mədəniyyətinin inkişafı haqda" danışmaq istədiyini bildirib.
O, ölkədə keçirilən islahatlarla əlaqədar belə görüşün vacibliyini vurğulayıb. Bu islahatlar bütün sahələri əhatə edir və 2019-cu il "çox ciddi" olacaq.
İ.Əliyev etiraf edib ki, neftin qiymətinin enməsi nəticəsində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşüb. Ciddi tədbirlərə və məhdudiyyətlərə əl atmaq lazım gəldi. " Bu böhran ölkəmizə böyük zərbə vurdu", -İ.Əliyev qeyd edib. Sonrakı illərdə aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı addımlar atıldı və öz nəticəsini verdi.
Bəzi sahələrdə nailiyyətləri sadalayan dövlət başçısı məhkəmə-hüquq və şəhərsalma sahəsində ciddi islahatların olacağını anons edib. Bakı şəhərində xaotik tikinti prosesinə son qoyulacaq.
Mədəniyyət sahəsinə gəlincə, İ.Əliyev son illər bu sahədə atılan addımlardan danışıb və toplaşanlara öz təkliflərini irəli sürməyi söyləyib.
Sonra Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əlizadə, xanəndə Arif Babayev, müğənni Zeynəb Xanlarova, Konservatoriyanın rektoru Fərhad Bədəlbəyli və başqaları çıxış ediblər.-02D-
-
- Mədəniyyət
- 1 Mart 2019 16:49
-
- Video
- 1 Mart 2019 18:02
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz