Dövlət başçısı Azərbaycan kinosunun inkişafı haqda sərəncam verib
Bakı/01.03.19/Turan: Martın 1-də dövlət başçısı İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə alaraq milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası" layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.
Film istehsalının və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsi üçün prezidentin Ehtiyat Fondundan Mədəniyyət Nazirliyinə beş milyon manat ayrılıb.
Qeyd edək ki, bundan öncə tanınmış kinodramaturq və Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov dövlət başçısına müraciət edərək milli kinematoqrafiyaya münasibəti dəyişməyə və bu sahəni dəstəkləməyə çağırmışdı.
Bu müraciətin nəticəsi olaraq R.İbrahimbəyov Moskvadan Bakıya dəvət edildi, Kinematoqrafçılar İttifaqının yaradıcılıq və digər problemlərin həlli vəd olundu. -02D-
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz