Rusiyada Cəmil Həsənlinin növbəti kitabı nəşr edilib
Bakı/24.04.20/Turan: “Советский Азербайджан: От оттепели к заморозкам (1959–1969)" – tanınmış tarixçi və ictimai xadim Cəmil Həsənlinin bu il Moskvada “Rosspen” nəşriyyatı tərəfindən çap edilmiş kitabının adı belədir.
Nəşrin resenziyasında deyilir: “Oxucuların mühakiməsinə verilən kitab professor Cəmil Həsənlinin uzun illər apardığı elmi araşdırmaların nəticəsidir.
Bu, “Хрущевская “оттепель” и национальный вопрос в Азербайджане, 1954–1959” monoqrafiyasının davamı olaraq 1960-cı illərdə Azərbaycanın siyasi rəhbərliyinin formalaşması, respublikanın ictimai-siyasi və mədəni həyatındakı dəyişikliklər, cəmiyyətin Stalin şəxsiyyətinə pərəstişindən xilas olması, ədəbiyyatda və incəsənətdə yeni tendensiyalar, yaradıcılıq birliklərində baş verən prosesləri və s. mövzuları əhatə edir.
Kitabda Vəli Axundov, Məmməd İsgəndərov və Ənvər Əlixanovun respublika rəhbərliyində olduqları dönəm bu kontekstdə əksini tapıb.
Monoqrafiya hazırlanarkən müəllif Azərbaycan Respublikasının və Rusiya Federasiyasının müxtəlif dövlət, partiya və hökumət arxivlərinin fondlarından geniş istifadə edib. İlk dəfə elmi dövriyyəyə buraxılan nadir arxiv materialları araşdırmaya tənqid qarşısında dayanıqlıq, müəllifin isə gəldiyi nəticə və ideyalara səhihliq qazandırır.
Kitab Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı üzrə mütəxəssislər, humanitar universitetlərin tələbələri, eləcə də yaxın keçmişimizin tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.-02D-
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz