500-dən çox Azərbaycan vətəndaşı Rusiyadan qayıdıb
Bakı/22.04.20/Turan: Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi şərtlərinə uyğun olaraq ölkəyə girişi müvəqqəti qadağan edilmiş Azərbaycan vətəndaşlarının Rusiyadan qayıdışı başlayıb. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin 22 aprel tarixli məlumatında bildirilir.
Xatırladılır ki, Azərbaycan vətəndaşlarının RF-dan Vətənə mütəşəkkil qayıdışını təmin etmək üçün geri dönmək istəyənlərə www.evegedirem.info xüsusi portalında qeydiyyatdan keçmək təklif olunub.
Son günlər ərzində Azərbaycan Respublikasının RF- dakı səfirliyinin dəstəyi, eləcə də Rusiyanın aidiyyatı dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup vətəndaşın sərhəd- keçid məntəqəsində xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib. Aprelin 20-dən sərhəddi 548 nəfər keçib və onların hamısı müəyyən müddətə karantinə yerləşdirilib.
XİN xatırladır ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə öncədən məlumatlandırılacaq.
Rusiya Federasiyası ərazisində olan və xüsusi portalda qeydiyyatdan keçmiş vətəndaşların qabaqcadan sərhəd-keçid məntəqələrinə və hava limanına getməsinə heç bir zərurət yoxdur. Onlara öz yaşayış yerlərində qalmaq və müvafiq məlumatı gözləmək tövsiyə olunur, - Azərbaycan XİN-in məlumatında deyilir. 06D-
-
- İqtisadiyyat
- 22 Aprel 2020 16:45
-
- Siyasət
- 22 Aprel 2020 19:15
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz