![ABŞ kəşfiyyatı Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəni istisna etmir](https://turan.az/resized/media/2018/main/021400007666-750-500-resize.webp)
ABŞ kəşfiyyatı Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəni istisna etmir
Bakı/14.02.18/Turan: ABŞ milli kəşfiyyatının direktoru Daniel Koutsun ofisi fevralın 13-də "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı hesabat yayıb. Sənəddə Ermənistan və Azərbaycan arasında irimiqyaslı münaqişənin mümkünlüyündən narahatlıq ifadə olunub.
"Mübahisəli Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevriləcək və öz regional müttəfiqinə dəstək üçün Rusiyanın da bura cəlb edilməsi mümkündür", - sənəddə deyilir.
Sonra qeyd olunur ki, tərəflərin kompromisə getmək istəməməsi, daxili bazarda artan təzyiqlər, Azərbaycan hərbi qüvvələrinin davamlı modernləşdirilməsi, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlar riskini artırır.
28 səhifəlik hesabat dünya üzrə müxtəlif təhdidlərin qiymətləndirilməsini əhatə edir. Ermənistan-Azərbaycan münaqişəsinə dair ancaq yuxarıdakı sətirlər yazılıb.
Milli Kəşfiyyatın direktoru ABŞ prezidentinə tabedir və ABŞ kəşfiyyat birliyi rəhbərinin vəzifəsini icra edir.
ABŞ kəşfiyyat birliyi 17 ayrı icra hakimiyyəti müəssisəsinin kəşfiyyat hərəkətlərini koordinasiya edən, ABŞ milli təhlükəsizliyinin qorunması üçün texniki və agentura vasitəsilə informasiya toplayan məşvərətçi orqandır.0-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz