ABŞ və Türkiyə bir-birinə qarşı sanksiyaları aradan qaldırıblar
Bakı/02.11.18/Turan: ABŞ Maliyyə Nazirliyi Türkiyə XİN rəhbəri Süleyman Soylu və Ədliyyə Nazirliyinin rəhbəri Abdulhamid Gülün barəsində sanksiyaları aradan qaldırıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ankara analoji addımla cavab verərək ABŞ hökumətinin iki üzvünün barəsində məhdudiyyətin ləğvini bəyan edib.
"ABŞ Maliyyə Nazirliyinin qərarına cavab addımı olaraq ABŞ-ın ədliyyə naziri Ceff Seşns və daxili təhlükəsizlik naziri Kirsten Nilsenin barəsində sanksiya ləğv edilib", - Türkiyə XİN mətbuat katibi Hami Aksoy bildirib.
H.Aksoy xatırladıb ki, Türkiyə ABŞ Maliyyə Nazirliyinin bu il 1 avqust tarixli qərarına cavab olaraq Amerika hökumətinin iki üzvünə qarşı sanksiya tətbiq etmişdi.
İki ölkə arasındakı münasibətlərdə yaranmış gərginlik Türkiyədə terrorçularla əlaqədə ittiham olunan amerikalı rahib Endrü Kreyq Bransonun işi ilə bağlı idi.-02D-
-
- Cəmiyyət
- 2 Noyabr 2018 17:02
-
- Çətin sual
- 2 Noyabr 2018 18:26
Siyasət
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
Rəy yaz