Açiq mənbələrdən foto.
Amnistiya siyasi məhbuslara, demək olar ki, şamil olunmayacaq
Bakı/02.11.21/Turan: Amnistiya Aktı müxtəlif növ cəzalara məhkum edilmiş 15 min nəfərə şamil olunacaq. Bu barədə bu gün Parlamentin hüquq siyasəti komitəsinin iclasında amnistiya haqqında qərar layihəsinin müzakirəsində bildirilib.
Amnistiya ağır və xüsusilə ağır cinayətlərə görə mühakimə olunanlara şamil olunmayacaq.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, amnistiya hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış şəxslərə də, demək olar ki, şamil olunmayacaq, belə ki, onlar bir qayda olaraq ağır və xüsusilə ağır cinayətlərdə ittihama görə mühakimə ediliblər.
Çox güman ki, yalnız böhtana - böyük təhlükə təşkil etməyən cinayətə görə mühakimə edilmiş, cəza müddətinin başa çatmasına 6 aydan az qalan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayev amnistiyaya ümid edə bilər.
Siyasi məhbus siyahılarında 100-dən çox insan var.
Xatırladaq ki, Amnistiya Aktının layihəsi parlamentə noyabrın 8-də qeyd olunan Zəfər Günü ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən təqdim edilib. -06D-
-
- Siyasət
- 2 Noyabr 2021 18:33
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz