Açiq mənbələrdən foto.
Ankara və Moskva Qarabağda Müşahidə Mərkəzinə dair məsləhətləşmələri davam etdirəcəklər
Bakı/14.11.20/ Turan: Ankarada Türkiyə və RF hərbi nümayəndə heyətləri arasında texniki xarakterli danışıqlar başa çatıb. Dağlıq Qarabağ üzrə Birgə Müşahidə Mərkəzinin yaradılması məsələsi müzakirə edilib. Dialoqun yaxın günlərdə davam etdirilməsi planlaşdırılır. Bu barədə şənbə günü Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
RF-nin 20 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə XİN və Müdafiə Nazirliyində danışıqlar məqsədilə Türkiyə paytaxtına səfər edib.
"Azərbaycanın Qarabağ regionunda atəşkəs üzrə razılaşmanın şərtləri müzakirə olunub. Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycanın ehtiyacı olduğu istənilən mümkün dəstəyə hazırdır. Ankara Azərbaycanın işğal olunmuş bütün torpaqlarının geri qaytarılması, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi prosesini diqqətlə izləyir. Türkiyə bu məsələ ilə bağlı hər hansı güzəştə yol verməyəcək", - Türkiyənin müdafiə idarəsində qeyd ediblər. -02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz