Mirqafar Seyidov
Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib
Bakı/14.11.20/Turan: Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Müvafiq əmri DİN rəhbəri Vilayət Eyvazov imzalayıb.
V.Eyvazovun digər əmri ilə M.Seyidov DİN Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.
Hələlik paytaxt polis idarəsinin rəisi postunda təyinat yoxdur. Bu barədə DİN orqanlarındakı məlumatlı mənbə bildirib.
Qeyd edək ki, M.Seyidov pis reputasiyaya malik yüksək rütbəli polis rəislərindən biri kimi tanınır. Onun adı dəfələrlə siyasi repressiya və hakimiyyətin tənqidçilərinə qarşı işgəncələrlə bağlı qalmaqallar kontekstində çəkilib.
2014-cü ildən Bakı polis rəisi olub. Bundan öncə isə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəhbərlik edib.
2017-ci ilin sentyabrında sanksiyaların tətbiqi məqsədilə "Qlobal Maqnitski Aktı"na daxil edilməsi üçün beynəlxalq hüquq- müdafiə təşkilatları tərəfindən ABŞ hökumətinə göndərilən siyahıda M.Seyidov müxtəlif ölkələrin nümayəndələri ilə yanaşı 15 nəfərdən biri olub. –06D-
-
- Cəmiyyət
- 14 Noyabr 2020 13:14
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz