Açiq mənbələrdən foto.
Bakı/14.11.20/Turan: Noyabrın 15-də axşamdan başlayaraq noyabrın 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv olacaq, Ekologiya Nazirliyi Milli Hidrometeorologiya Departamenti bildirib.
Həmin müddətdə rayonların əksəriyyətində leysan, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu 5-7 dərəcə enəcək.
Sabah gündüz Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, səhər bəzi yerlərdə duman olacaq, arabir yağış yağacaq. Havanın temperaturu gecə 6-9, gündüz 12-14 dərəcə isti olacaq.–06D-
-
- Siyasət
- 14 Noyabr 2020 13:45
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz