Açiq mənbələrdən foto.
Şuşa şəhəri ətrafında döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədinin mübadiləsi həyata keçirilib
Bakı/14.11.20/Turan: Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Bu humanitar aksiya çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.
Həmçinin aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.
Humanitar aksiya Azərbaycan Respublikası prezidentinin, Ermənistan Respublikası baş nazirinin və RF prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.
“Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk”,- məlumatda deyilir.06В-
-
- Cəmiyyət
- 14 Noyabr 2020 13:14
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz