ATƏT-in müşahidəçilər missiyasının rəhbərinin səsvermənin gedişatı haqqında şərhi
Bakı/09.02.20/Turan: Azərbaycanda növbədənkənar parlament seçkisini 41 ölkədən 358 müşahidəçi müşahidə edir, bu barədə Bakıda keçirilən brifinqdə ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru Artur Gerasimov bildirib.
"Müşahidə missiyamız Azərbaycan hökuməti tərəfindən dəvət olunub. Bu, ATƏT-ə üzv ölkələrin prinsip və öhdəlikləri ilə bağlıdır", deyən Gerasimov əlavə edib ki, səsvermə gününə qədər missiya üzvləri ölkədəki vəziyyətlə tanış olub.
"Bizim seçki ilə bağlı kifayət qədər məlumatımız var. Seçki günü ilə bağlı deyə bilərəm ki, beynəlxıaq müşahidə missiyasının üzvü olan yüzlərlə müşahidəçimiz Bakıda, Gəncədə, Sumqayıtda və digər regionlarda öz müşahidələrini aparırlar. Müşahidələrimizi yekunlaşdırdıqdan sonra biz sabah əlimizdə olan məlumatlara əsasən mətbuat konfransı keçirəcəyik", deyə o əlavə edib.
Namizəd Bəxtiyar Hacıyevin seçki məntəqəsinə buraxılmaması haqqında suala cavabda Gerasimov bildirib ki, bununla bağlı məlumatı yoxdur. Eyni zamanda, o qeyd edib ki, müşahidəçilər belə bir pozuntu qeydə alsalar, bu, hesabatda əksini tapacaq. -16D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz