Qaxda seçki prosesinin pozulması halları qeydə alınıb
112 saylı Qax seçki dairəsinin 2 saylı məntəqəsində müşahidəçilər seçki qanununun pozulması faktlarını qeydə alırlar. Məntəqənin katibi Faiq Ömər Sofuoğlu seçki başlayandan bülleten qutusunun yanında dayanaraq videokamera üçün görüntüyü bağlayıb. Müşahidəçilərin ona müraciətindən sonra katibin masası başqa yerə qoyulub.
Gorağan kəndində 37 saylı məntəqədə müşahidəçilər kobud pozuntu qeydə alıblar - boş bülletenlər masaya qoyulmayıb, məntəqə sədrinin kabinetində saxlanılıb. Bununla bağlı protokol tərtib olunub, Qax.org.az saytı xəbər verib.
Seçki ərəfəsində rayonda məktəb şagirdlərinin valideynlərinin təlimatlandırılması, seçki maxinasiyası olan “karusel”in hazırlanması halları qeydə alnıb. Peşə-texniki lisey və 2 saylı şəhər məktəbinin binalarında “karusel” gözlənilir.
Sayt bildirir ki, Qaxda seçki prosesinə Rayon İcra Hakimiyyəti nəzarət edir, 112 saylı seçki dairəsinin sədri Əbdukərim Əliyevə göstəriş verir.
Qaxda seçkilərdə əsas rəqiblər sabiq deputat Azər Kərimli və müstəqil deputat Əhməd Şahidovdur.--0--
-
- Siyasət
- 9 Fevral 2020 15:17
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz