Avstriya Azərbaycanla iqtisadi əməkdaşlığı dərinləşdirmək istəyir
Bakı/19.09.18/Turan: Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda səfərdə olan Avstriyanın vitse-prezidenti Hayts-Kristian Ştraxeni qəbul edib.
Prezidentin saytında yer alan məlumata görə, Ştraxe ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərinin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə gəlib.
O, əməkdaşlığa yardım, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və birgə layihələrin müzakirəsi üçün xüsusi Şura yaratmağı təklif edib.
Vyana Aİ-dən Azərbaycana investisiya cəlb edilməsində, Avstriya texnologiyalarının ixracında və burada istehsal edilən məhsulların idxalında maraqlıdır.
Vitse-kansler həmçinin Avstriya tərəfin Azərbaycan məhsullarının Aİ bazarlarına ixracında maraqlı olduğu bildirib. -05D06-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz