AXCP fəalları həbs olunub
Bakı/22.04.20/Turan: Aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xəzər şöbəsinin üzvü Əvəz Əhmədov Xəzər Rayon Məhkəməsi tərəfindən 20, AXCP Suraxanı şöbəsinin üzvü Arif Babayev isə Suraxanı Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs olunub.
Əvəz Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi, Arif Babayev isə İXM-nin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) maddəsinin pozmasında təqsirli bilinirlər.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Hər iki fəal aprelin 22-də mülki geyimli şəxslər tərəfindən saxlanılıblar.
Partiyadan fəalların saxlanılmasını son günlər ərzində AXCP-yə qarşı təzyiqlərlə əlaqələndirirlər. -0-
-
- Keçmiş Sovet məkanı
- 22 Aprel 2020 20:01
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 334
Rəy yaz