Azərbaycan, Kamboca və Nepal tərəfdaş kimi ŞƏT-ə qoşulacaqlar
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dövlət başçılarının Şurasının Ufada keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin bildirib ki, bəzi ölkələr bu və ya digər formada bu təşkilata qoşulmaqda maraqlıdır.
“Azərbaycan, Ermənistan, Kamboca və Nepal dialoq üzrə tərəfdaşlar kimi ŞƏT ailəsinə qoşulacaqlar”, - V.Putin ŞƏT dövlət başçıları Şurasının iclasını açarkən deyib.
V.Putinin sözlərinə görə, ŞƏT-in işində iştirak etmək istəyən başqa ölkələr də var. “Bir çox ölkələr bu və ya digər formada bizim təşkilata qoşulmaqda maraqlıdırlar. Müvafiq tələbləri nəzərə almaqla onların nüracitlərini diqqətlə nəzərdən keçirəcəyik”, - o vurğulayıb.
* ŞƏT-ə altı dövlət daxildir: Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan. ŞƏT-in özəyini hərbi əməkdaşlıq təşkil edir, lakin sonradan təşkilat iqtisadi əlaqələrə də yer ayırıb. ŞƏT 2001-ci ildə təsis edilib.-02D-
-
- Cəmiyyət
- 10 İyul 2015 15:26
-
- İqtisadiyyat
- 10 İyul 2015 16:14
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 293
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz