![Azərbaycan müstəqilliyin 28-ci ildönümünü qeyd edir](https://turan.az/resized/media/2019/main/101800022412-750-500-resize.webp)
Azərbaycan müstəqilliyin 28-ci ildönümünü qeyd edir
Bakı/18.10.19/Turan: Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 28 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.
Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir.
2006-cı ilə qədər 18 oktyabr bayramı qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişiklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sırasından çıxarıb.-06D-
Siyasət
-
Turan-ın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, Birləşmiş Ştatlar, Böyük Britaniya və Avstraliya Qərb ölkələrinə kiberhücumlarla əlaqədar Rusiyanın Zservers kiberşirkətinə qarşı sanksiyalar tətbiq edib, xəbəri çərşənbə axşamı Tramp administrasiyası yayıb.
-
Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
Rəy yaz