![ADR fəalı Hüseyn Məlik polisdən buraxılıb (YENİLƏNİB)](https://turan.az/resized/./turan-750-500-resize.webp)
ADR fəalı Hüseyn Məlik polisdən buraxılıb (YENİLƏNİB)
Bakı/18.10.19/Turan: Dünən axşam saxlanılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının fəalı Hüseyn Məlik iki saat sonra polisdən buraxılıb. Bu barədə o özü bildirib.
Məlikin sözlərinə görə, o, saxlanıldıqdan sonra Səbail rayon polis idarəsinə aparılıb.
"İki saata yaxın mənimlə "profilaktik söhbət" aparıblar. Mənim də anladığım bu idi ki, bu adamlar mitinqlə bağlı narahatdırlar. Mənə izah etmək istəyirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verdiyi ərazidən kənarda mitinq keçirmək qanunsuzdur və bunun qarşısı alnacaq. Hətta bununla bağlı paytaxtın polis rəhbərliyinin mitinq təşkilatçlarına xəbərdarlıq etdiyini də diqqətə çatdırdılar", deyə Məlik bildirib.
O qeyd edib ki, yazılı xəbərdarlığı imzaladıqdan sonra sərbəst buraxılıb.
Müxalif Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-na Bakıda mitinq təyin edib. Hakimiyyət müxalifətə aksiyanı şəhərdən 20 km məsafədə, Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Buna cavab olaraq DQMŞ bildirib ki, aksiya Bakının mərkəzində metronun "28 May" stansiyası qarşısındakı meydanda keçiriləcək. -05D06-
* * *
2019 Oktyab 18 (Cümə) 10:40:15
ADR üzvü saxlanılıb
Bakı/17.10.19/Turan: Oktyabrın 17-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məlik saxlanıldı.
Bu barədə AzadlıqRadiosuna məlumat verən Hərəkatın sədri Qubad İbadoğlunun sözlərinə görə, Məlik saat 18:30-da evinin qarşısında heç bir səbəb göstərilmədən polis əməkdaşları tərəfindən saxlanılaraq Səbayil rayon polis idarəsinə aparılıb. "Hazırda onun telefonuna zəng çatmır və onunla əlaqə saxlamaq mümkün deyil".
İbadoğlu vurğuladı ki, saxlanma səbəbi Milli Şuranın oktyabrın 19- da keçirilməsi nəzərdə tutulan mitinqlə iştirakı ilə bağlıdır. "Hüseyn Məlikin həbsini qanunsuzdur və o, dərhal azadlığa buraxılmalıdır", - deyə Q. İbadoğlu bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Səbail rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb.--0--
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz