Azərbaycan XİN Çinə gedənləri ehtiyatlı olmağa çağırıb
Bakı/24.01.20/Turan: Cümə günü Azərbaycan XİN ölkə vətəndaşlarını Çinə səfər edərkən ehtiyatlı olmağa çağırıb.
“Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur”, - məlumatda deyilir.
Çində olan Azərbaycan vətəndaşlarına isə hər hansı problemlə əlaqədar səhiyyə qurumlarına və Azərbaycanın Pekindəki səfirliyinə müraciət etmələri tövsiyə olunur.
Qeyd edək ki, naməlum mənşəli koronavirus nəticəsində sətəlcəm yayıldıqdan sonra Çində 26 nəfər ölüb, 830 nəfər xəstələnib.
Bir çox ölkələr öz vətəndaşlarına Çinə səyahət etməkdən çəkinməyi tövsiyə ediblər və öz sərhədlərində nəzarəti gücləndiriblər. -02D-
-
- Siyasət
- 24 Yanvar 2020 17:01
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz