DTİ: Telekanallarda hakimiyyətin xeyrinə olan informasiya üstünlük təşkil edir
Bakı/24.01.20/Turan: Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 9 fevral parlament seçkiləri ilə bağlı seçki kampaniyasının ilk mərhələsində medianın monitorinqinin nəticələrinə dair hesabat dərc edib.
Hesabatda 11 dekabr 2019-cu ildən 16 yanvar 2020-ci ilədək (seçki kampaniyası başlamadan öncə) monitorinqi əksini tapıb.
Araşdırma obyektləri AzTV, İTV və “Real” TV, “AzərTAC” Dövlət İnformasiya Agentliyi (www.azertag.az), rəsmi “Azərbaycan” qəzeti, “Report”, “Turan” informasiya agentlikləri, “Meydan TV” İnternet-nəşr, müxalifəyönlü “Azadlıq” qəzeti olub.
Televiziya kanallarında monitorinq 37 gün ərzində hər gün 4 saat “prime-time”ı (saat 19.00-dan 23.00-a qədər) əhatə edib. Hakimiyyətin xeyrinə informasiyanın mütləq üstünlük təşkil etməsi, hökuməti tənqid edən materialların və müxalifət haqqında müsbət informasiyanın olmaması aşkar edilib.
Həmçinin medianın obyektivlik, tərəfsizlik, qərəzsizlik, plüralizm kimi universal prinsiplərinə əməl olunmaması aşkar edilib.
Monitorinqlər müəyyən edib ki, telekanallar demokratik cəmiyyətdə yayımçıların həyata keçirdikləri funksiyalardan uzaqdır.
Etik prinsiplərə riayət edən resurslar arasında “Turan” agentliyi və “Meydan” TV-nin adları çəkilir.
Dövlət KİV-ləri – “Azərbaycan” qəzeti və “AzərTAC” agentliyi hakimiyyətin xeyrinə çox sayda material dərc edib, lakin müxalifətə qarşı materiallar da az olub.
Hesabatın tam mətni.—06D-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz