Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olacaq
Yaxın vaxtlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü olacaq. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım iyulun 19-da Ankarada gürcü həmkarı Georgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, diqqəti buna yönəldib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçhissəli mexanizm regional əməkdaşlığın inkişafına böyük töhfə verib, Anadolu agentliyi bildirib.
Türkiyə hökumətinin başçısı üç ay öncə Dağlıq Qarabağ zonasında vəziyyətin pisləşməsilə bağlı narahatlığını bildirib.
“Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə sadiq olduğumuzu bəyan etdik. Bundan əlavə, son zamanlar regionda terror hücumlarının sayının artmasına dair məsələləri müzakirə etdik. Terrorçular arasında fərq qoymadan, onların təsnifatını aparmadan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi bir daha qeyd olundu”, - B.Yldırım vurğulayıb.—0--
Siyasət
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Nicat İbrahimov barəsində ittiham aktı oxunub. Prokurorun iddiasına görə, İbrahim Bəhman Əliyev adlı bir şəxsə bıçaq xəsarəti yetirib. İbrahim ittihamları təkzib edib və heç kimi bıçaqlamadığını bildirib.
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
Rəy yaz