Serj Sarkisyan Qarabağda görüş keçirib
Ermənistan rəhbəri Serj Sarkisyan iyulun 15-16-da Qarabağda olub, öz köhnə tərəfdaşları – Qarabağ Hərəkatının üzvləri ilə qapalı görüş keçirib. Görüş zamanı Sarkisyan Qarabağ ətrafında ərazilərin güzəştə gedilməsi ilə bağlı iştirakçıların rəyini öyrənib. “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.
Görüş iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, müzakirələrdə separatçıların lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan da iştirak edib.
“Serj deyib ki, Qarabağa bitişik ərazilərin güzəştə gedilməsi erməni tərəfinə təklif olunmayıb, lakin bu məsələ ilə bağlı vətəndaşların mövqeyi ilə maraqlanıb. O, hər kəsin fikrini öyrənib. 90% güzəştin əleyhinə olduğunu bildirib”, - Petrosyan qeyd edib.
Onun sözlərinə görə, ancaq müstəqillik müqabilində ərazi güzəşti ola bilər. Hazırda erməni tərəfinə birtərəfli qaydada güzəşt qəbul etdirilir ki, bu da yolverilməzdir. Onun fikrincə, erməni tərəfinə təzyiqlər göstərilir, halbuki, Serj Sarkisyan görüş zamanı deyib ki, belə bir şey yoxdur və o, Qarabağın müstəqilliyinin tanınması istiqamətində iş aparır.
Digər iştirakçı, Qarabağ Hərəkatının fəal üzvü Hamlet Qriqoryan deyib ki, aprel döyüşlərində itirilmiş ərazi məsələsinə də toxunulub və belə qərara alınıb ki, onları qaytarmaq lazımdır. O əlavə edib ki, yaxın vaxtlarda Sarkisyan yenidən Qarabağda görüş keçirəcək.-02D-
Siyasət
-
Qazaxıstanın nəqliyyat naziri Marat Karabaev fevralın 4-də keçirilən mətbuat konfransında bildirib ki, AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabat yaxın günlərdə dərc olunacaq.
-
Çərşənbə axşamı Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin reportyoru Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib.
-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin iqtisadçı və siyastəçi Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.
-
Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz