Baş Prokurorluq müxalifəti və QHT-ləri hədələyir
Bakı/06.06.17/Turan: Baş prokuror Zakir Qaralov müxalifət partiyaları və QHT-lər tərəfindən maliyyə və qanunvericilik pozuntuları faktlarından danışıb.
"Uzun illər özünü müxalifət adlandıran, amma dövlət qeydiyyatından keçməyən siyasi partiyalar, habelə QHT-lər qanunvericiliyin tələblərini pozublar, xüsusən, maliyyə şəffaflığı məsələsində.
Biz onların qanuna riayət etməsi üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldıq", deyə prokuror jurnalistlərə bildirib.
Onun sözlərinə görə, partiyalar MSK-ya maliyyə hesabatı, QHT-lər isə Maliyyə Nazirliyinə qrantlar haqqında məlumat verməlidirlər.
Qaralov bildirib ki, Azərbaycan qanunvericiliyi "təkmilləşdirilib", buna görə onlar ölkə daxilində vəsait əldə edə bilmirlər.
"Buna görə onlar başqa ölkələrdə hesablar açırlar ki, bu, qanunsuzdur", deyə Qaralov bildirib.
Daha sonra Qaralov hakim "Yeni Azərbaycan" Partiyasının fəaliyyətini, onun Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə maliyyə hesabatlarını nümunə göstərib.
Bəziləri qanun haqqında danışırlar, amma özləri qanunsuz qrant korrupsiyasına cəlb olunublar.
Onlar bilməlidirlər ki, son vaxtlar üzə çıxarılmış vəsaitlərin mənbələrini biz müəyyən edəcəyik. Bu qurumların maliyyə mənbələrinin geniş şəkildə yoxlanılmasının vaxtı çatıb", deyən Qaralov AXCP sədr müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının həbsinə işarə edib. -16D-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 292
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz