
Belarus prezidentinin Azərbaycana dövlət səfəri hazırlanır
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Sergey Aleyniki qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər Belarus prezidentinin Azərbaycana dövlət səfərinin hazırlanmasını və regional vəziyyəti müzakirə ediblər.
Həmin gün Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Belarus baş nazirinin müavini İqor Petrişenkonu qəbul edib.
Administrasiyanın mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın azad edilmiş ərazilərindəki layihələrdə Belarus tərəfinin iştirakına dair məsələlər müzakirə olunub.
Rəy yaz